Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin vəfatının il dönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

10 dekabr 2014 | 16:00

10 dekabr 2014-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin vəfatının on birinci il dönümü ilə əlaqədar anım tədbiri keçirildi.
Anım tədbiri Mədəniyyət və İstirahət parkında Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri qoyulması ilə başlandı. Sonra Tədbir Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
Tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Anım tədbirini giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq Ulu Öndər Heydər Əliyevin ömür yolu haqqında yığcam məlumat verdi.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən, ölkəmiz üçün aparmış olduğu məqsədyönlü işlərdən bəhs edən videofilm nümayiş olundu.
Filmin nümayişindən sonra çıxış edən rayon rəhbəri və digər tədbir iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda gördüyü fədakar işlərdən, aparmış olduğu daxili və xarici siyasət nəticəsində ölkəmizin müstəqil dövlət kimi qüdrətli bir dövlətə çevrilməsindən və bu uğurlu siyasətin hal-hazırda ölkə Prezidenti, Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən geniş söhbət açdılar. Ulu Öndərimizə Allahdan rəhmət, ölkə Prezidenti İlham Əliyev cənablarına gördüyü məqsədyönlü işlərində uğurlar arzuladılar.
Tədbiri Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Anım tədbirində RİHB aparatının məsul işçiləri, YAP rayon təşkilatının fəalları, Hüquq-mühafizə orqanlarının rəhbərləri,  idarə və müəssisə müdirləri, məktəb direktorları, müəllimlər, ağbirçəklər, ağsaqqallar, ictimaiyyət nümayəndələri olmaqla 220 nəfər iştirak edirdi.

Keçidlər