8 saylı qəsəbədə növbəti səyyar qəbul-görüş keçirilib
25 avqust 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə 8 saylı qəsəbədə sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Aparatın məsul əməkdaşları və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Kamal Həsənov səyyar görüşdə sakinlərə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsi və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramları haqqında ətraflı məlumat verib. .
Vətəndaşların müraciətləri ilə əlaqədar Cəbrayıl Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və icrası üçün icra başçısı tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda iştrak edən qəsəbə sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.