8 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirilib
15 may 2025-ci il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 8 saylı Cəbrayıl qəsəbəsində məskunlaşan rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri və qəsəbədə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Qəbulda icra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu nəzərə çatdırıb. Rayon rəhbəri Dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu vurğulayıb.
Səyyar görüş-qəbul zamanı sakinlər onları narahat edən məsələlərlə bağlı suallar səsləndiriblər. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, səsləndirdikləri problemlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə iştirak edən qəsəbə sakinləri problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.