Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə analarımız ziyarət olunub

07 mart 2024 | 17:07

    07 mart 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və aparatın məsul əməkdaşları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Süleymanov Məhəmməd Əhməd oğlunun anası İsaqova Pəri Qara qızını və ömrünün 52 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, “Şərəf” nişanı ordenli Rüstəmova Elmira Piriş qızını ziyarət ediblər. Səmimi görüş zamanı Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənovun təbriklərini çatdıran dövlət rəsmiləri bildiriblər ki, 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfər məhz onların böyüdüb boya-başa çatdırdığı, vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sücaət və qəhrəmanlığının nəticəsidir.
    Azərbaycan qadınına, xüsusilə də Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə analarımız ölkə başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildiriblər.
    Bayramınız mübarək əziz Analar!

 

Keçidlər