2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir
15 oktyabr 2014-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabr ayının 08-də keçirilmiş Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunu və bu sahədə rayonda görülən işlər barədə Şura iclası keçirildi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq son doqquz ayda istər Respublika, istərsə də rayon səviyyəsində görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi.
Sonra məruzə ətrafında DSMF Cəbrayıl rayon şöbəsinin müdiri Akif Məmişov və Cəbrayıl rayon Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev çıxış etdilər.
Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə RİHB Aparatının məsul işçiləri, idarə, müəssisələrin rəhbərləri, ərazi dairələri üzrə nümayəndələr, məktəb direktorları, bağça müdirləri və rayon ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr olmaqla cəmi 160 nəfər rayon sakini iştirak edirdi.