Ali məktəblərə yüksək balla qəbul olmuş rayondan olan məzunlarla görüş dirkeçirilmiş
12 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, 9 saylı Bakı Peşə Liseyinin akt zalında Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev cənablarının iştirakı ilə ali məktəblərə yüksək balla qəbul olmuş rayondan olan məzunlarla görüş keçirildi.
Tədbiri rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova açaraq 2013-2014-cü tədris ilində görülmüş işlər və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında geniş məzurzə ilə çıxış etdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev tədbirdə çıxış edərək ölkə Prezidenti İlham Əliyev cənablarının və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanının təhsilimizə göstərdiyi yüksək diqqət və qayğıdan danışdı, məhz onların qayğısı və təşəbbüsü sayəsində Repbublikamızın bütün bölgələrində yeni məktəblərin tikilməsindən, köhnə məktəb binalarının təmirindən söhbət açdı. Respublikanın dövlət və özəl ali məktəblərinə yuxarı balla qəbul olanları təbrik edərək yüksək bal toplayan məzunların təhsil aldıqları məktəblərin direktorlarına, müəllimlərinə və valideynlərə təşəkkürünü bildirdi.
6 saylı tam orta məktəbinin direktoru Şərəbanu Məmmədova, Sirik kənd tam orta məktəbinin direktoru Əkbər Məhərrəmov, 5 saylı tam orta məktəbin direktoru Tapdıq Vəliyev, valideynlərdən Vidadi Şirinov, Elsevər Quliyev və Nadir Əhmədov tədbirdə çıxış edərək rayon təhsilinə göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev cənablarına öz səmimi təşəkkürlərini bildirdilər.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev cənabları yüksək balla Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə mükafatlandırdı.
Tədbirdə rayon Təhsil şöbəsinin məsul işçiləri, yüksək bal toplayan tələbələr, məktəb direktorları, müəllimlər, valideynlər olmaqla, ümumillikdə yetmiş beş nəfər iştirak edirdi.