Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon müəllimlərinin sentyabr konfransı keçirilmişdir

04 sentyabr 2014 | 15:00

02 sentyabr 2014-cü il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda Cəbrayıl rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə 4 saylı qəsəbədəki Ulu Öndərin adını daşıyan parkda ucaldılmış heykəli önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Validə Həsənovanın “2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi dinlənilmişdir.
Məruzəçi Validə Həsənova Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə siyasi sabitliyin bərqərar olduğunu və iqtsadiyyatın dinamik inkşafı üçün əlverişli şərait yarandığını, milli təhsil quruculuğu konsepsiyasının həllinin uğurla davam etdirildiyini  bildirmişdir.
Məruzədə qeyd olunmuşdur ki, 2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirmiş 584 nəfər məzundan 347 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 34 nəfər olmaqla ümumilikdə 381 nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən onlardan 239 nəfər ali məktəbə, 34 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Qəbul olanların 41 nəfəri 400-dən, 22 nəfəri 500-dən, 11 nəfəri isə 600-dən çox bal toplaya bilmişdir. Tatar kənd tam orta məktəbinin məzunu Rauf  Mirişli 690 balla Qafqaz Universitetinə, C.Mərcanlı kənd tam orta məktəbin məzunu Orxan Hüseynov 675 balla Azərbaycan Dövlət İqtisad  Universitetinə, Tatar kənd tam orta məktəbinin məzunu Xalid Şirinov 667 balla Qafqaz Universitetinə,  Sirik kənd tam orta məktəbin  məzunu Fərid Quliyev 655 balla Bakı Dövlət Universitetinə, 5 saylı tam orta məktəbin məzunu Sara Əhmədova 641 balla Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 5 saylı tam orta məktəbin məzunu Mahirə Məmmədzadə 640 balla Azərbaycan Tibb Universitetinə, Hovuslu kənd tam orta məktəbin məzunu Eyvaz Səfərli 635 balla Qafqaz Universitetinə, Əmirvarlı  kənd tam orta məktəbin məzunu Saleh Həsənov 611 balla Polis Akademiyasına, Sirik kənd tam orta məktəbin məzunu Vüqar Kazımlı 610 balla  Bakı Dövlət Universitetinə, C. Mərcanlı kənd tam orta məktəbin məzunu Nigar Süleymanlı 606 balla Azərbaycan Tibb Universitetinə, İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin məzunu Elşad Mehdiyev 601 balla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuşlar.
Rayonun Sirik,  Minbaşılı, 1 saylı , Əmirvarlı,  6 saylı, 25 saylı,  Y.Mərcanlı, 9 saylı,  Soltanlı, Çullu, C.Əhmədov adına şəhər tam orta məktəbləri bu ilki məzunlardan ən çox ali və orta ixtisas məktəblərinə sənəd verənlər,  Sirik, Minbaşılı, Əmirvarlı, Daşkəsən, 9 saylı, 25 saylı, C.Mərcanlı, 1 saylı, 6 saylı, C.Əhmədov adına şəhər, 8 saylı, 10 saylı tam orta məktəbləri ən çox məzunu qəbul olunan məktəblər sırasındadırlar.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərə toxunan V. Həsənova bildirmişdir ki, əvvəlki konfransdan keçən dövr ərzində tədris müəssisələrinin cari və əsaslı təmirinə  40 000 manat xərclənmiş, Qaçqınlar və Məcburu Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilən 1165 dəst oğlan və qız patarları alınaraq rayonun ümumtəhsil  məktəblərinə paylanmışdır.   Təhsil Nazirliyi tərəfindən verilmiş 34 min 929 ədəd müxtəlif adda I-XI siniflər üçün dərslik, 147 adda 22 komplekt 3234 ədəd uşaq ədəbiyyatı pulsuz olaraq bölgü əsasında ümumtəhsil məktəblərininə çatdırılmışdır.
    16 min 606 manat dəyərində məktəb avadanlıqları alınaraq məktəblərə verilmişdir.
    Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahmud Quliyev çıxış edərək ölkəmizdə təhsilin inkşafına göstərilən yüksək dövlət qayğısından danışmış,  bu gün yüksək təhsilli mütəxəssislərin hazırlanmasının artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd etmiş, demokratik cəmiyyətimiz üçün hərtərəfli düşüncəyə malik sağlam fikirli, yüksək qabiliyyətli, zəngin istedada malik gənclər yetişdirmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevirməyin vacib bir iş olduğunu vurğulamışdır.
Natiq rayonda təhsilin səviyyəsinin əvvəlki illərlə müqayisədə yüksəldiyini iştirakçıların diqqətinə çatdırdı. İcra başçısı göstərdi ki, bütün səylər təhsilin inkşafına yönəldilməlidir. O, məktəblərin pedaqoji kollektivlərinə yeni dərs ilində əzmlə işləməyi, daha böyük uğurlar qazanmağı arzuladı, tövsiyələrini verdi.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Asif Hacıyev iştirak edərək çıxış etmişdir.

Keçidlər