Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənpərvərliyin ən ali məqamı

02 aprel 2022 | 16:00

    Ruhin Əşrəf oğlu Qəhəmanov
    Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, kəşfiyyatçı Ruhin Əşrəf oğlu Qəhəmanov 10 oktyabr 1994-cü ildə Biləsuvar rayonunun ərazisində  yerləşən 2 saylı çadır şəhərciyində dünyaya gəlib.  Əslən Cəbrayıl rayonun Xudaverdili kəndindəndir. 2012-ci ildə Cəbrayıl rayon Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin 11-ci sinfini bitirib, həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında qulluq edib.
   Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub  və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

     Mahmud Azər oğlu İbrahimov
    Şəhid İbrahimov Mahmud Azər oğlu 03 sentyabr 1997-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kənd sakini Azər İbrahimovun ailəsində dünyaya göz açıb.
2005-ci ildə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu 40 saylı  tam orta məktəbini bitirmiş, 2015-ci ildən Tərtər rayonunun Qapanlı kəndində hərbi xidmətdə olmuşdur.
02 aprel 2016-cı il tarixdə Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olmuş, 09 aprel 2016-cı il tarixdə Bakı şəhəri, Zabrat qəsəbəsində dəfn olunmuşdur.
    Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

   Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər