Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Musayev Emin Həsən oğlunun doğum günüdür

30 mart 2022 | 16:00

    Musayev Emin Həsən oğlu 1971-ci il mart ayının 30-da Mahmudlu stansiyasında anadan olub. Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhər Kimya-Texnologiya texnikumunda təhsilini davam etdirib. 1989-1991-ci illərdə hərbi xidmətdə olub. Tank sürücü-mexaniki idi. Vətənə qayıtdıqdan sonra erməni quldurlarının azğınlaşdığını görən Emin təhsilini başa vurmamış torpaqlarımızı düşmən həmləsindən azad etmək üçün könüllü olaraq rayondakı hərbi hissəyə gəlir və vətənimizin müdafiəsində fəal iştirak edir. 11 aprel 1993-cü ildə döyüş yoldaşları ilə birlikdə Tuğ kəndinə kəşfiyyata gedən Emin düşmənin mövqeyi və döyüş texnikası barədə məlumatlar əldə edib geri qayıdanda mühasirəyə düşür. O, yoldaşları ilə birgə mühasirədən çıxmaq üçün mərdliklə vuruşur və yaralanır. Ürəyi vətən eşqi ilə döyünən Musayev Emin Həsən oğlu  1993-cü il aprel ayının 14-də aldığı güllə yarasından şəhid olur. Cəbrayıl rayonunun Şükürbəyli kənd qəbiristanlığında dəfn olunub. Subay idi. Ruhunuz qarşısında baş əyirik!  Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər