Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda vətəndaşların növbəti səyyar qəbulu keçirildi

29 mart 2022 | 16:00

     28 mart 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonu, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qərargahında  səyyar qəbul keçirmişdir. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak etmişlər.
    Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan daxili və xarici siyasət, sosial məsələlər, torpaqlarımızın işğalçılardan azad edilməsindən, qısa müddət ərzində həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin bu ərazilərə mütəmadi səfərlərindən danışmışdır.
    Görüş zamanı rayon rəhbəri sakinlərin problemlərini dinləmiş və qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.
    Tədbirdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər