Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir

19 mart 2022 | 16:00

19 mart 2022-ci il tarixdə 4 saylı qəsəbə ərazisində salınmış Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Bayram tədbirində Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etmişdir.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bayram tədbirində çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını və rayon əhalisini təbrik etmiş, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulamışdır.
Bayram tədbirində Novruzun rəmzləri olan kosa və keçəlin, Dədə Qorqud və Bahar qızın iştirakı ilə xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalar, folklor kollektivlərinin nümunəvi çıxışları nümayiş etdirilmişdir.

 

 

 

Keçidlər