Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda əhali ilə səyyar görüşlər davam edir

17 mart 2022 | 16:00

     Səyyar qəbul qrafikinə əsasən    Cəbrayıl rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 17 mart 2022-ci il tarixdə Saatlı rayon  Əlisoltanlı köçkün qəsəbəsində   məskunlaşan məcburi köçkünlərlə keçirildi.
    Görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov da iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş rayonun ərazisində aparılan quruculuq və bərpa işləri barədə ətraflı məlumat verdi. Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızda qazanılan uğurlardan,  əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışdı.
    Səyyar qəbul zamanı çıxış edən məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözlədiklərini, yurd həsrətinə son qoyan ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər. Daha sonra vətəndaşların müraciətləri dinlənildi.      Qaldırılan məsələlərin   həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.

 

Keçidlər