“Zəfərimizin təntənəsi - Şuşa!” adlı dəyirmi masa keçirilmişdir
01 mart 2022-ci il tarixdə Cəbrayıl rayonunda 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı “Zəfərimizin təntənəsi - Şuşa!” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən əlaqədar idarə və müəssisələrin məsul şəxsləri, ziyalılar, yazarlar, iştirak etmişlər.
Əvvəlcə xalqımızın azadlığı və müstəqilliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam səsləndirilmiş, Şuşaya həsr olunmuş videoçarx izlənilmişdir.
Tədbirdə “Şuşa ili” ilə bağlı rayon İcra hakimiyyətinin Tədbirlər Planı müzakirə edilmiş, təşkil ediləcək silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açılmışdır.