Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Xocalı soyqırımı”nın 30-cu ildönümünü ilə bağlı anım tədbirləri davam edir

25 fevral 2022 | 16:00

Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu qətliam erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Ötən illərdə olduğu kimi bu il də Cəbrayıl Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq  rayonun idarə, təşkilat və təhsil müəssisələrində  xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 30-cu  ildönümünü ilə bağlı anım tədbirləri keçirilir, Xocalı qurbanlarının əziz xatirəsi hörmət və ehtiramla yad edilir.
   25 fevral 2022-ci il tarixdə Cəbrayıl rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində “Qar üstə qan yağırdı” adlı tədbir və X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində 7-ci sinif şagirdi Şəbnəm Hüseynovanın Xocalı soyqırımının acı dəhşətlərini əks etdirən rəsmlərindən ibarət sərgi təşkil edilmişdir.

 

Keçidlər