Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Xocalı Bir Millətin Kədəri” sənədli filmi nümayiş olunub

24 fevral 2022 | 16:00

Cəbrayıl rayon İcra Hakimiyyətinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 30-cu il dönümü ilə bağlı “Xocalı Bir Millətin Kədəri” sənədli filmi nümayiş olunub.
   Karantin rejiminin tələbləri gözlənilməklə rayonun İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin akt zalında təşkil edilmiş filmin nümayişində ziyalılar, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi  iştirak etmişlər.
  Filmin nümayişinə başlamazdan əvvəl Xocalı soyqırımının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Emənistanın işğalçılıq siyasəti,    Azərbaycanlılara qarşı törədilən terror aktları, bəşəri faciə olan Xocalı Soyqrımı haqqında söhbət açmışlar.
   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Xocalı Bir Millətin Kədəri” adlı sənədli filmi 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, 1992-ci il fevralın 26-da ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır.

 

 

Keçidlər