Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib

22 fevral 2022 | 16:00

    21 fevral 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti  və rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə rayonun V.İsmayılov adına Çərəkən, İ.Tahirov adına Mehdili, R.Xudiyev adına Minbaşılı, Ş.Aslanov adına Süleymanlı, İ.Quliyev adına Böyük Mərcanlı, Akademik Ə.Hüseynov adına Əmirvarlı, M.Allahverdiyev adına Çullu, Dirili Qurbani adına Soltanlı, K.Məmmədov adına Böyük Mərcanlı, Ə.Veysəlov adına Sirik, N.Aslanov adına Cocuq Mərcanlı, X.Rüstəmov adına Yuxarı Mərcanlı,    Dəmşəlaq kənd, Akademik M.Mehdizadə adına, C.Əhmədov adına Cəbrayıl şəhər, 1, 4, 7, 8, 10  saylı tam orta məktəblərində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.
    Tədbirdə ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılmış, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Keçidlər