Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda fənn olimpiadaları keçirilmişdir

24 yanvar 2022 | 16:00

    22 yanvar 2022-ci il tarixdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə 10 saylı tam orta məktəbdə Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirilib. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən rayonun digər ümumtəhsil məktəblərinin şagirdləri isə yerləşdikləri 18 rayon və şəhərdə Fənn Olimpiadalarında iştirak ediblər.
    Respublika Fənn Olimpiadaları doqquz, on və on birinci siniflər və xüsusi istedadı ilə seçilən səkkizinci sinif şagirdləri arasında riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya, ümumilikdə səkkiz fənn üzrə təşkil olunub.
    Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir. İnformatika fənni üzrə olimpiadanın rayon mərhələsi onlayn təşkil olunub. Fənn Olimpiadalarının rayon turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.

Keçidlər