20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Şəhidlər” Abidə Kompleksində anım tədbiri keçirilmişdir
20 yanvar 2022-ci il tarixdə Cəbrayıl rayonunda Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Şəhidlər” Abidə Kompleksinində faciə zamanı şəhid olmuş həmyerlimiz Quliyev Səxavət Balay oğlunun və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin abidəsi ziyarət edilərək ruhlarına dualar oxunmuş, abidə önünə gül dəstələri qoymuşdur. Saat 12:00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ölkəmizdə hər il Qanlı 20 Yanvar hadisələri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilir. Düz 32 il əvvəl bu mübarizədə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin xalqımızın iradəsi, milli azadlıq uğrunda mübarizə əzmi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar, xalqın azadlığı və müstəqilliyi üçün yol açdılar. Bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndi.
Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ümumxalq Hüzn Günü elan olunmuş, “20 Yanvar şəhidi” fəxri adı təsis edilmiş, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsi təmin edilmişdir.
Anım tədbirində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimayyət nümayəndələri iştirak etmişlər.
Allah Şəhidlərimizə rəhmət etsin.