Şriftin ölçüsü :

Saytın rəngi :

Özümüzü və yaxınlarımızı qorumağın yeganə yolu peyvənd olunmaqdır

11 yanvar 2022 | 16:00

    "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Cəbrayıl rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkimləri tərəfindən rayon sakinlərinə bugünədək 22 min 382 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 9 min 325, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 8 min 730 nəfərdir.
    Hazırda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndin gücləndirici dozası olan 3-cü peyvənd dozası – buster dozası təklif olunur. Bu gün Cəbrayılda da vətəndaşlara buster dozanın vurulması prosesi aparılır ki, bu günə kimi buster doza üzrə peyvənd olunanların sayı 4 min 327 nəfərdir.
   Dövlətimizin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın yeganə yolu peyvənd olunmaqdır.
    Əziz sakinlərimiz, sağlamlığımız üçün  vaksinasiyada fəal iştirak edək!

Keçidlər