31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı mühasibəti ilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, icra aparatının məsul şəxsləri ilə birlikdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə 3 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər Xiyabanı”nda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, şəhidlərin ruhlarına dualar oxunub.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan cəbrayıllı oğullarımızın daim qəlblərdə yaşayacaqlarını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib.