Cəbrayıl rayonunda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilmişdir
23 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin Deputatı Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası fəalları iştirak etmişlər. Çıxış edənlər Azərbaycan xalqına sonsuz etimad, inam, dəstək nümayiş etdirən Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini qeyd ediblər. Natiqlər bildiriblər ki, ötən müddət ərzində Ümummilli Lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün başlanğıcının əsasını qoyub. 18 il ərzində aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat yaradılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilib.
Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradılıb. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın varlığı, həmçinin xalqın öz Liderinin ətrafınızda yumruq kimi birləşməsi Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib. Ona görə də Prezident İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə kimi tarixdə qalacaq.