Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
07 may 2014-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirdi.
Tədbirdən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ulu Öndərin heykəli ziyarət olunaraq ruhu ehtiramla yad edildi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxış keçirildi.
Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirildi. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq Ulu Öndər Heydər Əliyevin həyatından, Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda gördüyü fədakar işlərdən, aparmış olduğu daxili və xarici siyasət nəticəsində ölkəmizin müstəqil dövlət kimi inkişafından və bu uğurlu siyasətin hal-hazırda ölkə Prezidenti, Heydər Əliyev kursunun davamçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyindən geniş söhbət açdı.
Məruzə ətrafında çıxış edənlər qısa bir dövrdə dahi öndər Heydər Əliyevin Azərbaycanı belə bir yüksək səviyyəyə çatdırmasından və onun gördüyü işlərin Azərbaycan xalqı üçün nə qədər dəyərli olduğunu bildirdilər. Heydər Əliyevlə xalq arasında yaranan inam daimi və əbədi olduğunu, bu inamın heç nəyin sarsılda bilməyəcəyini qeyd etdilər. Çıxış edənlər Ümummilli liderin hakimiyyətə gəlişini Azərbaycanın yenidən dünyaya gəlməsi kimi qiymətləndirdilər.
Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks etdirən filmə baxış keçirildi.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş voleybol üzrə yarışlarda qalib gəlmiş komandalara və Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə Respublikanın ümumi təhsil müəssisələri şagirdləri arasında “ Nə? Harada? Nə zaman? ” oyunu üzrə 2014-cü ilin regional çempionatında rayonun “Xudafərin” qrup komandasına I yerə layiq görüldüyü üçün Fəxri Fərman, medal və pul mükafatı təqdim etdi.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Tədbirdə 125 nəfərdən çox rayon sakini iştirak edirdi.