Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2021 | 16:00

     Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı ölkəmizdə geniş qeyd olunur.
    Zəngin və keşməkeşli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından böyük zaman keçir. Ulu Öndərin diqqət və qayğısı ilə bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə sistemi  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
    Builki bayram isə xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Belə ki, ötən ay müstəqilliyimizin bərpa olunmasının 30 illiyi, cəmi bir neçə gün öncə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin birinci ildönümü – Zəfər Günü qeyd olunub.
     Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri, rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri   noyabrın 22-də  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.


 

Keçidlər