Cəbrayıl rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir
18 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin Deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Arif Fərzəliyev, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 4 saylı qəsəbədə yerləşən H.Əliyev adına Mədəniyyət və İstirahət parkında baş tutan tədbirdə öncə YAP-ın qurucusu, xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. Ulu öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqələik sükutla yad edilib.
. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Arif Fərzəliyev, Milli Məclisin Deputatı Ceyhun Məmmədov çıxış edərək YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlər haqqında danışıblar. Natiqlər vurğulayıblar ki, 29 il ərzində YAP-ın ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələr yerinə yetirib. Ölkəmiz simasını kökündən dəyişib, Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb.
Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini təhlil edən natiqlər vurğulayıblar ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Bildirilib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. Bu gün bütün sahələrdə qazanılan uğurlar və Vətən müharibəsindəki şanlı qələbə nəticəsində Cənubu Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orada öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Əlbəttə ki, bütün bu uğurlar güclü xalq-iqtidar birliyinin sayəsində mümkün olur. Ona görə tam əminliklə demək olar ki, yaranmasının 29 ilini qeyd etdiyimiz YAP ümumxalq partiyasıdır. Bu partiyanın sıraları hər il durmadan genişlənir. İyirmi doqquz illik şərəfli tarixə malik YAP bu gün də Ulu Öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.