Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinasiya uğurla davam etdirilir

13 noyabr 2021 | 16:00
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
    13 noyabr  2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələr və Cocuq Mərcanlı kəndi üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 19 400 doza vaksin vurulub. Vaksin olunanlardan 9164 nəfəri koronavirus infeksiyasına qarşı birinci, 8399 nəfəri  ikinci doza, 1837 nəfəri isə üçüncü doza peyvənd olunanlardır. 
   Vaksinasiya prosesi uğurla davam etdirilir.
 
    Əziz Cəbrayıllılar!
    Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çalışaq. Sağlamlıq arzusu ilə…
 
 
Keçidlər