Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat I rüb

19 aprel 2014 | 15:00

18 aprel 2014-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş iclasının yekunları və bu sahədə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda  şura iclası keçirildi. Şura iclasını rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq geniş məruzə ilə çıxış etdi. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən iclasdakı çıxışına istinadən qeyd etdi ki,  2014-cü ilin birinci rübündə də ölkəmizin dinamik inkişaf etmiş, iqtisadiyyatın 2,5 faiz,  qeyri-neft sektorunun 8,8 faiz artaraq ümumi daxili məhsulun səviyyəsi yüksəlmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməyinin nəticəsi olaraq hazırda əhalinin pul gəlirləri 4,5 faiz artığı halda İnflyasiya cəmi 2 faiz təşkil etmiş, beləliklə, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələmişdir. Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çox olmuş, gələcək illərdə görüləcək əlavə tədbirlər nəticəsində bu sahədə daha da böyük irəliləyişlər olacağını bildirmişdir. Valyuta ehtiyatlarımız birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır.  Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artaraq 430 manat, yəni 550 dollar səviyyəsində olmuşdur. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində maaşların və pensiyaların qaldırılması hesabına orta əməkhaqqı və orta pensiya daha da  artacaqdır. Birinci rübdə əhalinin tibbi müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğu, son iki ayda dörd milyon insanın tibbi müayinədən keçirildiyi vurğulanmışdır.
Azərbaycan beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında  düzgün təsəvvürün formalaşması gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır.
Azərbaycan Davos Dünya İqtisadi Forumunda 10 ilə yaxındır ki, iştirak edir. Bu Forum həm orada müzakirə olunan məsələlər baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən dünyada birinci Forumdur. Bu, təkcə iqtisadi Forum deyil, eyni zamanda, siyasi Forumdur. Bu Forumda iştirak, mövqeyimizin nümayiş etdirilməsi və izahı çox önəmli məsələdir. Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir və müxtəlif beynəlxalq təşkilatların üzvüdür.
İlin birinci rübündə ölkə başçısı Dünya Nüvə Sammitində iştirak etmişdir. Azərbaycanın bu Sammitdə iştirakı xüsusi məna daşıyır. Bu Sammitdə həm açıq, həm qapalı hissələrdə də çox önəmli məsələlər müzakirə edilmişdir.
Bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı davam davam etdirilməsi nəzərdə tutulmuşdur. Keçən il 20 mindən çox köçkün yeni evlərə, mənzillərə köçmüşdür. Bu il də ən azı 20 min köçkün köçəçürülməsi gözlənilir.
İcra başçısı Prezident İlham Əliyev neft-qaz sektorunda işlərin yüksək səviyyədə aparıldığını, TANAP və TAP layihələrinin icrasına başlandığını bildirdi.
2014-cü ilin birinci rübündə Respublikada olduğu kimi rayonumuzda da müsbət işlər görülmüş, əhalinin problemlərinin həlli istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Hazırda    68100  nəfər rayon əhalisi  Respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Rayon üzrə ümumi məhsul buraxılışının həcmi keçən ilin eyni dövrünə nisbətən 3.1 dəfə artaraq 8176.4 min manata, kənd təsərrüfatı məhsullarının həcmi  5 faiz artaraq  2388 min manata çatmış, sənayedə 146.8 min manatlıq,  nəqliyyatda 2.2 min manatlıq, rabitədə 20.4 min manatlıq, tikintidə 5568.8 min manat ticarətdə isə 50.2 min manatlıq məhsul buraxılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, 17 fevral 2014-cü il tarixdən 01 may 2014-cü il tarixədək “Əhalinin ümumi profilaktik tibbi müayinələr”dən keçməsi nəzərdə tutulmuşdur. Əhalinin sağlamlığına xidmət edən bu vacib aksiyanın yüksək səviyyədə, mütəşəkkilliklə həyata keçirilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətində 15.02.2014-cü il tarixdə tibb işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə geniş şura iclası keçirilmiş, rayon komissiyası yaradılmışdır.
Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 67898 nəfər Cəbrayıllı məcburi köçkünlərin tibbi müayinəyə cəlb olunması üçün rayon İcra Hakimiyyətinin məsul işçilərinə əhalinin tibbi müayinə barədə məlumatlandırılması tapşırığı verilmişdir.
Rayonun əsas xidmət sahəsi olan Biləsuvar rayon ərazisində salınmış 11 qəsəbədə məskunlaşmış 18231 məcburi köçkünün 50 çarpayılıq sahə  xəstəxanası və 4 həkim məntəqəsi lazımi avadanlıq və digər vasitələrlə tam təchiz olunmuş və vətəndaşların maneəsiz qəbulu üçün normal şərait yaradılmışdır. Həmçinin Tibbi müayinə zamanı aşkar  olunmuş xəstələrin bir hissəsi dispanser müşahidəsinə götürülmüş, digərləri isə 50 çarpayılıq  sahə xəstəxanasında, İmişli Rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhərinin müxtəlif klinikalarına müalicəyə göndərilmişdir.
Artıq  Respublikanın 35 şəhər və rayonunda, tibbi müayinə işini başa çatmış, hazıra kimi  48528 nəfər tibbi müayinədən keçmiş, onlardan 3758 nəfər  ambulator, 428 nəfər isə stansionar müalicəyə qəbul olunmuş, 294 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə bu il fevral ayının 7-dən etibarən dərslərin tədrisinə balanmış,  rayon Təhsil şöbəsinin   tabeliyində olan  ümumtəhsil məktəblərinin həmin dərslərdə iştirakı üçün yerli rayon Təhsil şöbələrinin təklifi nəzərə alınmaqla qrafik təsdiq edilmişdir.
    Şagirdlərin Heydər Əliyev mərkəzlərinə təhlükəsiz aparıb - gətirilməsi rayon polis şöbəsi əməkdaşlarının müşayiəti ilə xüsusi nəqliyyat vasitələrindən istifadə olunmaqla həyata keçirilmişdir.
17 aprel 2014-cü il tarixədək  Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı 33 məktəbdən 490 şagird birinci dərsdə, 21 məktəbdən 274 şagird ikinci dərslərdə iştirak etmişdir.
Hazırda Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı dərslər davam etdirilir. Hər ayın axırında dərslərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilir.
Cari ilin 3 ayında Respublika üzrə kənd təsərrüfatında  3% artıma nail olunmuşdur. Ölkədə kənd təsərrüfatının perspektiv inkişafı üçün tədbirlər davam etdirilir. Cənab Prezidentin 16 aprel 2014-cü il tarixli fərmanı ilə kənd təsərrüfatında inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasın təmin edəcək sənəd imzalanmışdır. Cənab Prezidentimizin bu fərmanı aqrar sektorda son illər yol verilən bəzi boşluqların aradan qaldırılmasını, ölkədə kənd təsərrüfatınnı istehsalının sürətlə artımını təmin edəcək. 
Rayonumuzda da aqrar sahənin inkişafı istiqamətində müsbət dinamika davam etməkdədir. Ötən ilin müvafiq dövrü ilə  müqayisədə carı ilin 3 ayında iri buynuzların sayı 141 baş, xırda buynuzların sayı 1141 baş, yumurta istehsalı 98 min ədəd artmışdır. Ət istehsalında 11%, süd istehsalında 10.1% artıma nail olunmuşdur. Cari ilin məhsulu üçün əkilmiş 2590 hektar taxıl sahəsində 2-ci suvarma başa çatmaq üzrədir. Taxıl sahələrinə  Aqroserviz  xidməti vasitəsi ilə 250 tondan çox mineral gübrə satılmışdır. Taxıl əkini sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri də davam etdirilir. İstehsalçıların arzusu nəzərə alınmaqla Aqroserviz bu tədbirləri həyata keçirir.
Yazlıq bitkilərin əkin də uğurla davam etdirilir. Hazırda 25 hektarda kartof, 25 hektarda şəkər çuğunduru, 15 hektarda soğan əkilmişdir. Digər tərəvəz əkini üçün də hazırlıq başa çatdırılmışdır. Yazlıq əkinlərin əsasən həyətyanı sahələrdə aparıldığı nəzərə alınaraq qəsəbədaxili şəbəkələrə suvarma suyunun verilməsi artırılmışdır.
Mal-qara arasında   baytarlıq tədbirlərinin aparılması da ardıcıl olaraq davam etdirilir. Artıq iri və xırda buynuzlu mal-qara arasında Qarayara, dabaq xırdabuynuzlar arasında Çiçək xəstəliklərinə qarşı profloktfiki peyvəndləmə aparılmış, Makqo, Brusselyoz vərəm xəstələrə qarşı diaqnostik seroloji müayinələr aparılmışdır.   
Taxıl əkin sahələrində biçim işlərinin aparılmasına hazırlıq işləri də davam etdirilir. İlkin proqnozlara görə sahibkarlarda olan taxılbiçən kombaynlar daxil olmaqla bu biçində 12-dən çox Kombayn iştirak edəcəkdir.  Hazırda mütəxəssislərin iştirakı ilə taxılbiçən kombaynlara yığımda iştirak edəcək, maşın və mexanizmlərə baxış keçirilmək və işçi heyətlə təhlükəsizlik tədbirləri aparılması üçün işlər başa çatmaq üzrədir.
Cari ilin 3 ayında  Rayon büdcəsinin gəlir və xərclərin icrası mədaxil üzrə 2738.4 min.manat proqnoza qarşı 3313.3 min manat və ya 121 faiz, məxaric üzrə  2738.4 min manat proqnoza qarşı 2574.3 min manat və ya 94 faiz yerinə yetirilmişdir. Mədaxilin 2900 min manatı Maliyə Nazirliyindən verilən dotasiya, 413.3 min  manatı isə yerli gəlirlərdən daxil olmuşdur. 3 ayda  yerli gəlirlər 289800 manat proqnoza qarşı 413289 manat və ya 142.6 faiz yerinə yetirilmişdir.
01 aprel 2014-cü il tarixə DSMF Cəbrayıl rayon şöbəsi tərəfindən 3258 nəfərə yaşa, 5008 nəfərə əlilliyə və 318 nəfərə isə ailə başçısını itirməyə görə pensiya verilir. Ümumilikdə cari ilin 3 ayında rayon şöbəsi üzrə qeydiyyatda olan 8584 nəfər pensiya və müavinətçiyə cəmi 4 milyon 115.8 min manat vəsait vermişdir.
Ümumilikdə 3 ayda 677264 manat müavinət,  209 ailədə birləşmiş  891 nəfərə isə 75556 manat Ünvanlı Sosial Yardım vermişdir ki, bu da Mərkəz üzrə 765011 manat təşkil edir. Hər ailəyə ayda ödənilən ünvanlı sosial yardım orta hesabla   97 manat olmuşdur.
Rayon üzrə 01 aprel 2014-cü il tarixə əmək ehtiyatları 49024 nəfər,  Əmək qabiliyyətli yaşda Əmək qabiliyyətli əhali     48092 nəfər, Məşğul olan Əmək qabiliyyətli yaşdan yuxarı şəxslər 932 nəfər, məşğul əhali isə 34734 nəfər olmuşdur.
Məşğulluq Mərkəzində işaxtaran kimi rəsmi qeydiyyata alınmış 1233 nəfərdən 45  nəfəri I rübdə qeydə alınmışdır.  69 nəfərə rəsmi işsizlik statusu verilmiş,  6-si təkrar olmaqla 75 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Hesabat dövründə Mərkəz xətti ilə  10 nəfər işə düzəlmişdir. Ümumilikdə rayon üzrə 1910 nəfər, o, cümlədən  birinci rübdə 28 nəfər daimi işlə təmin olunmuşdur. Rayon əhalisi  qəsəbələrə bitişik ərazidə “Azərsun Holdinq”in Biləsuvar şöbəsində  mövsümü işlərə cəlb edilmişdir. Yazın gəlişi ilə əlaqədar Şirkətdə artıq yazlıq əkinlərə başlamışdır. Odur ki, Məşğulluq idarəsi çalışmalıdır ki, qəsəbələrdə yaşayan rayon əhalisi burada daha çox mövsümü işlərə cəlb edilsin.
Eyni zamanda ilin birinci rübündə rayon İcra Hakimiyyətinin Xeyriyyə fondundan   Qarabağ əlillərinə, şəhid ailələrinə,  aztəminatlı ailələrə və digər xeyriyyə tədbirlərinə 16300 manat vəsait xərclənmişdir.
Cari ilin birinci rübündə müxtəlif xarakterli rayon tədbirləri keçirilmişdir. 02 fevral Gənclər günü, 08 mart “Beynəlxalq qadınlar günü”, 20 mart novruz bayramı ilə əlaqədar şənliklər, 20 Yanvar-milli hüzn günü, 25-26 fevral tarixlərində 4 saylı qəsəbənin klubunda ”Xocalı soyqırımı” ilə bağlı tədbirlər hazırlanıb keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi barədə tapşırıqlarına uyğun olaraq hazırda işlər görülməyə başlanılmış, Olimpiya idman növləri üzrə Respublikada yaradılmış Futbol, Valeybol, Basketbol, güləş, Cüdo, Boks, Taekvando, Yüngül atletika  və .s federasiyaların rayon klubları yaradılması nəzərdə tutulmuşdur. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayonda xeyli işlər görülmüş, həvəskar idmançı yeniyetmə və gənclərin komanda şəkilində birləşməsi üçün təşkilatlanma işləri görülməkdədir. Belə ki,  xidməti ərazimiz olan qəsəbələrdə fəaliyyət göstərən 11 məktəb üzrə müəllimlərdən və şagirdlərdən ibarət voleybol, və qəsəbə gənclərindən ibarət futbol komandası  yaradılmış, hazırda voleybol komandaları arasında yarış keçirilməsinə başlanılmışdır.
Rayonda güləş idman növünün inkişafı üçün həvəskar müəllimlər işlərə cəlb edilmiş, klublarda və məktəbin idman zallarında məşq üçün yerlər ayrılmışdır. Sevindirici  haldır ki, rayondan olan gənclər respublika və dünya  əhəmiyyətli yarışlarda yaxşı yerlər tutmuşdur. 
Rayonda idmanın kütləviliyini artırmaq üçün Gənclər və İdman idarəsi işlərini günün tələblərə uyğun qurmalıdır.
  Qəsəbə ərazisində əhaliyə yol, enerji, su və kommunal xidmətlər göstərən xidmət idarələrinin rəhbərləri yaz mövsümünün başlanması ilə əlaqədar mövsümə uyğun, işlərini qurmalıdırlar. Qəsəbələri birləşdirən 23 km asfalt yolda yaranmış problemləri təcili aradan qaldırmalı, qəsəbədə əhalinin içməli su və enerji ilə təminatı nəzarətdə saxlanmalıdır. Suvarma Sistemləri idarəsi yaz aylarında havaların həddən artıq quraq keçməsini nəzərə alaraq taxıl və digər yazlıq bitkilərin intensiv suvarılmasını təşkil etməlidir.
2014-cü ilin birinci rübü ərzində Rayon İcra hakimiyyəti başçısı aparatına 200 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 25 ədədi Prezident Administrasiyasından, 1-i Milli Məclisdən, 51-i Nazirlər Kabinetindən, 12-si digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 89 ədədi yuxarı təşkilatlardan, 111 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur. 
Rayon İcra hakimiyyəti başçısının fəaliyyətində böyük önəm daşıyan səyyar qəbulların keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Hər ayın sonunda növbəti ay üçün RİH başçısının səyyar qəbullarının qrafiki tutulur və vətəndaşların məlumatlandırılması üçün RİH-nin rəsmi saytında yerləşdirilir. Qəbulların qrafiki tutularkən məcburi köçkünlərimizin daha çox məskunlaşdıqları yaşayış məntəqələrinə üstünlük verilmişdir. 2014-cü ilin 3 ayında rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 16, Sumqayıt şəhərində 2, Abşeron rayonunda 1, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 1 dəfə olmaqla ümumilikdə 20 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 780 nəfər iştirak etmiş və rayon sakinləri tərəfindən 104 təklif səsləndirilmişdir.  Səsləndirilmiş 104 təklifdən 64-ü müsbət həll edilmiş, 40-ı barədə müvafiq tədbir görülmüşdür.
Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2014-cü ilin 3 ayında 7 Şura iclası keçirilməsi nəzərdə tutulmuş və aktuallığı nəzərə alınaraq 3-ü də əlavə edilməklə ümumilikdə 10 məsələ müzakirə edilmiş və iş planı əsasında 2 müşavirə keçirilmişdir.
Çıxışının sonunda rayon rəhbəri həm qəsəbələrdə fəaliyyət göstərən tam orta məktəblərin direktorlarına, həm də Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda fəaliyyət göstərən rayonun tam orta məktəblərinin direktorlarına tapşırdı ki, ərazisinin 20 faizdən çoxu işğal altında olan ölkəmizdə hərbiçilərə böyük ehtiyac var. Düzdür bu istiqamətlə işlər görülür, ancaq görülən işlər qənaətbəxş deyildir. Buna görə də  istər rayon Təhsil şöbəsi, istər rayon Gənclər və İdman idarəsi, istərsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi işlərində ciddi dönüş yaratmalı, şagirdlərin Respublikamızın hərbi təmayüllü məktəblərinə yönəldilməsi istiqamətində məktəblərdə şagirdlərlə söhbətlər aparmalı,  maarifləndirmə işlərini gücləndirməlidir.
Məruzə ətrafında rayon Vergilər şöbəsinin müdiri Əfrail Əhmədov, rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova çıxış edərək 2014-cü ilin birinci rübündə görülmüş işlərdən və qarşıda duran məsələlərdən söhbət açdılar.
Hesabat tədbirini rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı

Keçidlər