Şriftin ölçüsü :

Saytın rəngi :

7 saylı Cəbrayıl qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirildi

14 oktyabr 2022 | 15:48

     Səyyar qəbul qrafikinə əsasən 14 oktyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov 7 saylı Cəbrayıl qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri və rayon sakinləri iştirak ediblər.
    Görüşdə çıxış edən rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdirilməkdədir. Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcəkdir.
      Daha sonra müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi, qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
     Sakinlər azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də daima əhaliyə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər