Cəbrayıl rayonunda “Zəfər bayramı” tədbiri keçirilmişdir
08 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunda 2-ci Qarabağ müharibəsi -Vətən müharibəsində Qələbənin birinci idönümü münasibətilə “Zəfər bayramı” tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ulu öndər Heydər Əliyevin heykəli, “Şəhidlər” Abidə Kompeksi və “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ - Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər yaşayış məntəqələri azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Tədbir zamanı rayon mədəniyyət evlərinin, məktəb kollektivlərinin Qarabağa, ordumuzun qəhrəmanlığına, şəhidlərimizə həsr olunmuş sərgiləri nümayiş etdirildi, Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan şəhidlərin ailələrinə və qazilərə orden və medallar təqdim edildi.