Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərin mübarək, Azərbaycan!

08 noyabr 2021 | 16:00
     “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” deyərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 10 noyabr 2020-ci il tarixdə gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini şəxsən özü verdi. Bu müjdə xəbəri hər bir soydaşımızın qəlbində uzun illərdən bəri kök salmış doğma yurd həsrətinə son qoydu. Dövlət başçısının hələ bu müqəddəs Vətən savaşına qədər bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi öz gerçəkliyi ilə qarşımızda yeni bir dünya açaraq, həmin gündən gerçəkləşən Böyük Qələbəmizin rəmzinə çevrildi. Bu gün artıq həmin tarixdən bir il ötür.
    2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması yekunda dinc vətəndaşlarımız və hərbçilərimiz arasında çoxsaylı ölüm və yaralanma halları ilə müşayiət olundu ki, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu bu hücumların qarşısının alınması məqsədi ilə əks-hücum əməliyyatlarına başladı. Bu müharibədə Azərbaycan xalqı ön cəbhədə mənfur düşmən qüvvələrinə, arxa cəbhədə isə gözəgörünməz düşmənə qarşı bir yumruq kimi birləşdi.
    Ordumuzun 44 gün davam edən zəfər yürüşü barədə aldığımız hər uğurlu xəbər, xalqımıza yeni oyanış, böyük qələbəyə inam hissi bəxş etdi. Bu günlərin hər saatında qəlbimiz Azərbaycan əsgərinin qəlbi ilə bir vurdu, dualarımız onların qoluna qüvvət verdi. Və nəhayət, bu böyük qələbəyə nail olduq. Bu gün  Azərbaycan bayrağı düşmənin işğal etdiyi ərazilərdə, əsarət altından xilas olan bütün şəhər, qəsəbə və kəndlərimizdə, zirvələrdə ucaldılır.
    Azərbaycanın zəngin mədəni-tarixi irsinin ən qədim mərkəzlərindən olan Şuşa şəhərinin mənfur düşmən tapdağından azad olunması ölkəmizdə “Zəfər günü” kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş      Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuz qələbə marşının sədaları altında ən yeni tariximizin səhifələrini yazdı. Xalqımız bu tarixi günlərdə Ali Baş Komandanımızın başçılığı ilə birlik nümayiş etdirən zəfərlərə addımlayan ordunun dəstəkçisi olmaqdan qürur hissi keçirdi.
    Milyonlarla Azərbaycan insanı bu qələbənin memarı olan dövlət başçısına, onun əmrlərini layiqincə yerinə yetirən rəşadətli Ordumuza, Qalib əsgərimizə minnətdarlıqlarını ifadə etdilər.
    Gözün aydın Vətən, gözün aydın Azərbaycan!
    Yaşa, Ali Baş Komandan!
    Var ol, Azərbaycan Ordusu!
    Qələbə bizimdir!
    Qarabağ Azərbaycandır!
 
Keçidlər