Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər günü uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilmişdir

07 noyabr 2021 | 16:00
04 noyabr 2021-ci il tarixdə “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar  Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər günü uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilmişdir. 14 yaşa qədər iştirakçılar arasında R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin şagirdi Nəbiyeva Həsiyə Əbülfət qızı birinci, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdi Hüseynova Şəbnəm Daşqın qızı isə ikinci yerə layiq görülmüşlər.  
15-17 yaş qrupunda isə 9 nömrəli tam orta məktəbin şagirdi Ağayeva İlahə Qaraş qızı birinci, 10 nömrəli tam orta məktəbin şagirdi Tahirli Qadir Tahir oğlu ikinci, 7 nömrəli tam orta məktəbin şagirdi Cəfərzadə Hikmət Afaq qızı isə üçüncü yerə layiq görülmüşlər. 
Müsabiqənin sonunda qaliblər Fəxri Fərmanlarla təltif olunmuşdur.
 
 
 
Keçidlər