Yaşasaydı 25 yaşı olardı
Noyabr ayının 6-da 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan olan İsmayılzadə Vaqif Vüqar oğlunun doğum günüdür. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Vaqif 06 noyabr 1996-cı ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. 2003-2014-cü illərdə F.Miriyev adına Araz qəsəbə tam orta məktəbində təhsil almışdır. 2016-cı ildə həqiqi hərbi xidmətə getmiş, 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. Həmin ilin noyabr ayında Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində işə başlamışdır. Hərbi polis kimi işini çox sevirdi. Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 oktyabrda Beyləqan rayon məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Vaqif Vüqar oğlu ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!