Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub

04 noyabr 2021 | 16:00

       Cəbrayıl Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 noyabr 2021-ci il tarixdə gənclərin Bakı şəhərində yerləşən “Hərbi Qənimətlər Parkı”na ekskursiyası həyata keçirilmişdir. Gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların asudə vaxtının səmərəli təşkili məqsədi ilə həyata keçirilən ekskursiyada 22 nəfər iştirak etmişdir. Tədbirdə Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərə baxış keçirilərək, Azərbaycan Silahlı Qüvvələrinin potensialı, gücü və bütövlükdə ölkəmizin hərbi qüdrəti barədə gənclərə geniş məlumat verilmişdir.

Keçidlər