Şriftin ölçüsü :

Saytın rəngi :

69 il birgə nikahda olan ailə ilə görüş keçirilib

15 may 2023 | 17:35

    15 may 2023-cü il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə Cəbrayıl rayonunun Xələfli kənd sakinləri, 69 il birgə nikahda olan Hümbətalıyevlər ailəsi ziyarət olunub.
    Görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları iştirak ediblər.
    Ailə başçısı Əli Hümbətalıyev qonaqlara keçdiyi həyat yolundan, ailə həyatından, əmək fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Daha sonra gələcək nəslə nümunə olan Hümbətalıyevlər ailəsi uzunömürlü nikahlarının sirlərini bölüşərək sağlam ailənin təməlinin qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərə əsaslandığını qeyd ediblər. Ailə dəyərlərinin qorunub saxlanılmasının cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olmasını xüsusi vurğulayıblar.

 

Keçidlər