Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 26 yaşı olardı

14 oktyabr 2021 | 16:00

    Oktyabr ayının 15-i ölkəmizin ərazi bütövlüyü uğrunda başlamış 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan olan  Həmidzadə Hüseyn  Akif  oğlunun doğum günüdür. Akif Həmidzadə 1995-ci il  oktyabr  ayının  15-də  Bakı şəhərində  anadan  olub. 2002-ci ildə Suraxanı rayonu 280 nömrəli məktəbin birinci sinfinə qədəm qoyub, 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi  hərbi hissədə xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn  01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həmidzadə Hüseyn  Akif  oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin  azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik!  Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!


 

Keçidlər