Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir.

19 mart 2014 | 16:00

18 mart 2014-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkının yanında olan boş sahədə Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Tədbirdə bayram xonçaları hazırlanmış, novruz tonqalı qalanmışdı. Bayram tədbirinin giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq tarixi çox qədim olan Novruzun bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunduğunu və sevincli bir hala – qışın bitməsinə və baharın gəlişinə həsr olunduğunu qeyd etdi. Novruz bayramı münasibəti ilə hörmətli Prezidentimiz cənab İlham Əliyev  başda olmaqla  xalqımızı, həmçinin  bütün Cəbrayıl camaatını səmimi qəlbdən təbrik edən rayon rəhbəri belə bir gözəl bayramın gələcək illərdə işğal altında olan öz doğma Cəbrayılımızda qeyd olunmasını arzuladı.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa, keçəl və bahar qızının şən və məzəli çıxışları, müğənnilərin həzin və şən mahnıları tədbir iştirakçılarında xoş əhval – ruhiyyə yaratdı.
        Tədbirdə rayon ağbirçəkləri Səkinə Quliyeva, Kamılxan Rüstəmova, rayon ağsaqqalları Mustafa Məhərrəmov, Əli Hümbətalıyev və başqaları çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdilər.
      Bayram əhval-ruhiyyəsi yaşayan rayon sakinlərinin  ən böyük arzusu növbəti belə bayram konsertlərin işğal edilmiş torpağımızda - Cəbrayılda keçirmək oldu.
  Tədbirdə 735 nəfərdən çox rayon sakini iştirak etmişdir.

Keçidlər