Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 27 sentyabr Anım günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir

27 sentyabr 2021 | 16:00
27 sentyabr 2021-ci il tarixdə anım günü ilə əlaqədar olaraq ümumrayon tədbiri keçirilmişdir. 1000-ə yaxın rayon əhalisinin qatıldığı  tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, şəhid ailələri, Qarabağ əlilləri, veteranlar, idarə-müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları öncə Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzmüş, dualar oxuyaraq onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. “Şəhidlər abidə kompleksi”nin qarşısında dövlət himnin səsləndirilməsi ilə davam etdirilən tədbirdə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirələri bir  dəqiqəlik sükutla yad edilmişdir. 
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciəti dinlənildikdən sonra  Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digərləri çıxış edərək bildirmişlər ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun əsgər və zabitlərinin, hərbiçilərinin qəhrəmanlığı nəticəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlanmasından bu gün bir il keçir.  Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Bu birlik, həmrəylik nəticəsində torpaqlarımız işğaldan azad edilmişdir. Müzəffər ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Əlbəttə ki, bu yolda qalib Azərbaycan xalqı şəhidlər də verdi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur və dərin ehtiramla yad edir. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onlara allahdan rəhmət diləyirik.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər