Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Tədris iliniz Mübarək!

21 sentyabr 2021 | 16:00

     Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyəti üçün  ən əlamətdar günlərindən biri - yeni tədris ilinin başlanması münasibətilə rayon təhsil ictimaiyyətini, müəllim, şagird və tələbələri, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri və onların valideynlərini təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirik.
    Respublikamızda tədris ili sentyabr ayının 15-dən başlasa da, Təhsil Nazirliyinin qərarına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, bu il də dərslər mərhələli şəkildə bərpa ediləcəkdir. 1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaqdır.
    Ötən tədris ilində  ənənəvi təhsil mümkün olmasa da, ümumtəhsil məktəblərimizin müəllimləri distant və digər formalarda məktəblilərin elmə, təhsilə yiyələnməsi üçün əllərindən gələni əsirgəmədilər. Elə bunun nəticəsidir ki, 2020-2021-ci tədris ili təhsilimiz üçün yaddaqalan oldu. Belə ki, bu il Cəbrayıl rayonunun ümumtəhsil məktəblərindən məzun olan 626 nəfər şagirddən 358 nəfəri respublikamızın müxtəlif ali təhsil ocaqlarına, 40 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunaraq, tələbə adını qazanmışdır. Onlardan 21 nəfəri 600-dən, 44 nəfəri isə 500-dən çox bal toplamışdır. Ən yüksək nəticəni isə 692,5 balla Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu Əfəndiyev Kamil Nazim oğlu göstərmişdir.     K.Əfəndiyevin göstərdiyi nəticə Respublikada  4-cü qrup üzrə ən yüksək nəticə olmuşdur. 2020-2021-ci tədris ilində rayon üzrə 43 nəfər fərqlənmə attestatı alıb, 1 nəfər respublika fənn olimpiadasının, 1 nəfər isə respublika fənn müsabiqəsinin qalibi olmuşdur.
    Bu il müəllimlərimzin üzərinə düşən məsuliyyət daha da artıb, belə ki Vətən müharibəsində qazandığımız şanlı qələbəmizin nəticəsində övladlarımıza fəxr ediləsi yaddaş – Zəfər tarixi fənni tədris ediləcəkdir. Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri savadlı, intellektual dünyagörüşlü, bacarıqlı yeni kadrların yetişməsinə zəmanət verəcəkdir.
Əziz müəllimlər, şagirdlər və valideynlər bir daha yeni tədris ili münasibətliə hər birinizi təbrik edir,  uğurlar  arzulayırıq!
    Yeni Tədris iliniz Mübarək!

Keçidlər