Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı faciəsi”nin anım tədbiri

28 fevral 2014 | 16:00

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Cəbrayıl Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq 26 fevral 2014-cü il tarixdə Biləsuvar rayon 4 saylı qəsəbə klubunda anım tədbiri keçirildi. Tədbirdən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhid Abidə Kompleksi”ndə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş rayonumuzdan olan şəhidlərinin abidələri önünə gül-çiçək dəstələri qoyuldu və ruhları ehtiramla yad edildi.

Sonra tədbir 258 nəfər rayon sakininin iştirakı ilə Biləsuvar rayon 4 saylı qəsəbə klubunda davam etdirildi. Anım tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq Xocalı faciəsindən və onun  baş vermə səbəblərindən  geniş şəkildə söhbət açdı.

Tədbirdə  rayon gənclərinə, orta məktəb şagirdlərinə doğma yurdumuz Cəbrayıl rayonunu tanıtmaq və sevdirmək üçün “Erməni işğalında qalan Cəbrayıl”  və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış “Qaçqın” adlı filmlər nümayiş etdirildi.

Sonra rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən hazırlanmış “Qar üstünə qan yağır” adlı ədəbi-bədii kompazisiyaya tədbir iştirakçılarına nümayiş olundu..

Anım tədbirini rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.

Tədbirdə RİHB-sı aparatının məsul işçiləri, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ərazi vahidi üzrə nümayəndələr, məktəb direktorları, müəllimlər, qəsəbələrdə fəaliyyət göstərən tam orta məktəblərin XI sinif şagirdləri, YAP fəalları, ağsaqqallar, ağbirçəklər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

 

Cəbrayıl rayon İcra Hakimiyyəti

Keçidlər