Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda COVİD-19 virusuna qarşı vaksinasiya uğurla davam etdirilir

03 sentyabr 2021 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
03 sentyabr  2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələr və Cocuq Mərcanlı kəndi üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 14240 doza vaksin vurulub. Vaksin olunanlardan 8033 nəfəri koronavirus infeksiyasına qarşı birinci, 6207 nəfəri  isə ikinci doza peyvənd olunanlardır. 
Vaksinasiya prosesi uğurla davam etdirilir.
 
Əziz Cəbrayıllılar!
Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çalışaq. Sağlamlıq arzusu ilə…
 
Keçidlər