Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Təhmasib Mustafayevin xatirəsinə abidə bulağının açılışı olub

30 avqust 2021 | 16:00
30 avqust 2021-ci il tarixdə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı  qəsəbədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, Şəhid Təhmasib Mustafayevin xatirəsinə abidə bulağının açılışı olub.
Tədbirdə Cəbrayıl rayon İcra  Hakimiyyətinin başçısı Kamal Həsənov,  aparatın məsul əməkdaşları, Şəhidin döyüş yoldaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları şəhidlər məzarlığını ziyarət edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bulağın açılışı ilə davam edən tədbirdə Rayon İcra  Hakimiyyətinin  başçısı Kamal Həsənov və digərləri çıxış edərək şəhidin keçdiyi döyüş yolundan söhbət açmışlar. Çıxış edənlər bizlərə böyük tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib, ailə üzvlərinə səbr diləyərək belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.
Şəhidin valideynləri övladının qəhrəmanlığı ilə fəxr etdiklərini, şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şerlər səsləndirmişlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər