Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir

04 fevral 2014 | 16:00

2013-cü il fevralın 4-də Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda  Cəbrayıl rayon İcra hakimiyyəti başçısının  2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmiş, 310 nəfər rayon sakini iştirak etmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Parkda ucaldılmış heykəli önünə gül dəstələri qoyulmuş, sonra isə 4 saylı qəsəbə klubunda tədbir davam etdirilmişdir.
Hesabat yığıncağını Cəbrayıl rayon İHB Mahmud Quliyev açaraq geniş məruzə ilə çıxış etmişdir. Qeyd etdi ki, keçən il ərzində rayon üzrə  2013-cü ilə nisbətən  5863.8 min manat və ya 22 faiz  çox olmaqla 32 milyon 511 min manatlıq ümumi daxili məhsul istehsal edilmiş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən 6 qəsəbədə fəaliyyət göstərən 6 məktəb və 6 uşaq bağçasında əsaslı təmir aparılmaqla günəş enerjisi ilə işləyən istilik sistemi quraşdırılmış, Ulu Öndərin adını daşıyan Park sağ tərəfə bir qədər genişləndirilərək  daşla  hasarlanmış, parkın daxilində ümummilli lider Heydər Əliyevin büstü heykəllə əvəz edilmiş, 2013-cü ildə 515, 2003-cü ildən bəri isə 5100-dən çox Cəbrayıllı məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüş, 201 ailədə birləşmiş  858 nəfərə 312040 manat ünvanlı sosial yardım vermiş, Şəhid Abidə Kompleksinin ətrafında və qəsəbələrə giriş yollarının kənarlarında 1177 ədəd yaşıl ağac, 368 ədəd Evemus, 1620 ədəd isə qızıl gül kolları əkilmişdir.
2013-cü ildə MKSF xətti ilə 59 nəfərə 520.5 m.m uzun müddətli güzəştli kredit, Bank və Aqroinvest kredit ittifaqı tərəfindən isə 314 nəfərə 598.7 min.m qısa müddətli kreditlər verilmiş, il ərzində 1882 nəfər o, cümlədən 2013-cü ildə 217 nəfər rayon sakini daimi işlə təmin olunmuşdur.
Yerli büdcə və digər mənbələr hesabına rayonun Hovuslu kənd orta məktəbi üçün 14 otaqdan ibarət yeni məktəb binası tikilmiş, Çullu kənd orta məktəbində 2 sinif otağına, Şahvəlli kənd orta məktəbində 11 sinif  otağına taxta döşəmə vurulmuş, pəncərə, qapılar dəyişdirilərək rənglənmiş, Biləsuvar rayonu ərazisindəki 11 qəsəbə məktəbinin hamısı və 22 saylı ümumi orta məktəb cari təmir edilmişdir. Qəbul imtahanların nəticələrinə görə bu ilki məzunlardan 184 nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 26 nəfər olmaqla cəmi 210 nəfər ali məktəblərə daxil olaraq tələbə adı qazanmış, ali məktəbə qəbul 57.3%, texnikamla birlikdə isə 73.6 faiz olmuşdur.
2013-cü ildə ümumilikdə 116 (109) səyyar görüş-qəbul keçirilmiş, 5135 rayon sakini iştirak etmiş, 480 təklif irəli sürülmüş, ondan 248-i müsbət həll edilmiş, 232-si barədə müvafiq tədbir görülmüşdür.
Rayon icra hakimiyyəti başçısının aparatında inzibati vəzifə tutan dövlət qulluqçularının orta yaş həddi 43,7 yaş, 30 yaşadək gənclərin sayı 6 nəfər 15,8%  qadınlar isə 7 nəfər 18.4% təşkil edir.
23 ərazi nümayəndəliyində isə çalışan 71 nəfər dövlət qulluqçusunun orta yaş həddi 44,7 yaş,  ondan 15 nəfəri və ya 21%-i 30 yaşa kimi gənclər,  9 nəfəri və ya 13%-i qadınlardır.

Yığıncaqda Cəbrayıl rayonu üzrə Maliyyə Şöbəsinin müdir müavini Tofiq Mehrəliyev, Təhsil şöbəsinin müdiri Validə Həsənova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov, Suvarma Sistemləri İdarəsinin müdiri Tehran Məmişov məruzə ətrafında çıxış edərək bir ildə görülən işlərə müsbət münasibət bildirmiş və rəhbərlik etdikləri sahədə görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişlər. Sonra isə zaldan çıxış edən ağsaqqal Mustafa Məhərrəmov qəsəbə daxili yolların qumlanması, Əli Hümbətəliyev qəsəbələrin qazlaşdırılması, müəllim Fəxrəddin Rəhimov gəncələrin asudə vaxtlarını  səmərəli  keçirməsi üçün  Gənclər evi tikilməsi, Firat Əliyev DSMF Cəbrayıl rayon şöbəsi üçün yeni bina inşa edilməsi, əmək veteranı, prezident təqaüdçüsü Kamılxan Rüstəmova qəsəbələri birləşdirən yolun şəhidlər abidə kompleksinin yanından 4 saylı qəsəbənin girişinə qədər olan hissəsini kollektora tərəf çəkilməsi, ziyalı Əlizadə Telman qəsəbələrdə iş yerlərinin açılması, İsmayıl Məmmədov qəsəbələrə gələn qonaqların yerləşdirilməsi üçün  yataqxana tikilməsi barədə təklif vermiş, şəhid anası Səkinə Quliyeva isə çıxış edərək cənab Prezidentin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı siyasətin Cəbrayıllı  məcburi köçkünlər tərəfindən  yüksək qiymətləndirildiyini qeyd etdi.
Milli Məclisin deputat Astan Şahverdiyev və Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi Rövşən Ağayev çıxış etmişdir.

Hesabat məruzəsi

Keçidlər