Cəbrayıl rayonunda COVİD-19 virusuna qarşı vaksinasiya prosesi uğurla davam etdirilir
05 avqust 2021 | 16:00
Ölkəmizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
05 avqust 2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələr və Cocuq Mərcanlı kəndi üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 11671 doza vaksin vurulub. Vaksin olunanlardan 6553 nəfəri koronavirus infeksiyasına qarşı birinci, 5118-i isə ikinci doza peyvənd olunanlardır.
Əziz Cəbrayıllılar!
Sizi özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün peyvənd olunmağa çağırırıq. Sağlamlıq arzusu ilə...