Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı ilə əlaqədar bayram tədbiri keçirildi

28 dekabr 2013 | 16:00

27 dekabr 2013-cü il tarixdə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə ərazisində yerləşən “Cəbrayıl” şadlıq sarayında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı ilə əlaqədar bayram tədbiri keçirildi. Tədbiri giriş sözü Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq Dünya Azərbaycanlılarının Həmrəyli günü ilə bağlı geniş məlumat verdi və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyli günü  və yeni il münasibəti ilə təbrik etdi.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev,   məktəb direktoru Əli Mirzəyev, Prezident təqaüdçüsü, əmək veteranı Kamılxan Rüstəmova, əmək veteranı Səkinə Quliyeva,  rayon ağsaqqalları Mustafa Məhərrəmov və Telman Əlizadə çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqının gələcəyi üçün gördüyü işlərdən, Ulu Öndərin layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən söhbət açdılar, Azərbaycan xalqını və rayon əhalisini hər iki bayram münasibəti ilə təbrik etdilər.
Sonra rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı geniş konsert proqramına baxış keçirildi.
Tədbiri Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Toplantıda RİHB aparatının məsul işçiləri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, ziyalılar, YAP fəalları, rayon ictimaiyyətinin müxtəlif təbəqələrindən olan nümayəndələr   iştirak edirdi.

Keçidlər