Şriftin ölçüsü :

Saytın rəngi :

İki şəhid həmyerlimizin “Qarabağ” ordeni təqdim edilmişdir

05 iyul 2021 | 16:00

44 günlük Vətən müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış, həmyerlilərimiz  mayor Elsevər Paşayev və mayor Ramid Hacıyev Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunmuşlar. 
05 iyul 2021-ci il tarixdə Qaradağ rayonu Müşfiq qəsəbəsində şəhid Elsevər Paşayevin və Mehdiabad qəsəbəsi “Qarant” yaşayış kompleksində şəhid Ramid Hacıyevin ordenlərinin təqdim olunma mərasimləri keçirilmişdir.
Tədbirlərdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, Millət vəkili Ceyhun Məmmədov, Cəbrayıl rayon Ağsaqallar Şurasının sədri Vaqif Məhərrəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları,  şəhidlərin ailə üzvləri, doğmaları iştirak etmişlər.
Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev və Səfərbərlik və Hərbi çağrış üzrə Dövlət xidmətinin Cəbrayıl şöbəsinin rəisi Anar Rəhimov ordenləri şəhidlərin ailə üzvlərinə təqdim etmişlər.
Hər iki  şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnatdarlıqlarını bildirmişlər.

 

Keçidlər