Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər, Heydər Əliyevin anım günü

13 dekabr 2013 | 16:00

Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu, bütün türk dünyasının mahir siyasətçisi Heydər Əliyevin anım günü respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonu ərazisində müvəqqəti məskunlaşmış Cəbrayıl rayon sakinləri tərəfindən dərin hüznlə qeyd edildi. Gecədən başlayan quşbaşı qarın qalınlığı dizə çıxsa da bu gün cəbrayıllılar soyuğa məhəl qoymadan ümummilli liderin adını daşıyan parka tələsirdilər. Anım mərasiminə toplaşanların əlində təzə qərənfil dəstələri var idi. Çox keçmədi ki, qərənfil dəstələri ulu öndərin parkda ucaldılan möhtəşəm heykəlinin ətrafına düzüldü. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quluyev mərasimə gələnlər qarşısında çıxış etdi. İcra başçısı göstərdi ki, Heydər Əliyev elə şəxsiyyətdir ki, onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Dahi rəhbər hakimiyyətdə olduğu illərdə respublikamız böyük inkişaf yolu keçmiş, onun müdrik, uzaqgörən siyasəti sayəsində xalqımızın adı dünya xalqları arasında özünə layiqli yer tutmuşdur. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə ikinci qayıdışdan sonra Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, müstəqil dövlətçiliyin təməl daşını qoyub, möhkəm özül üzərində müstəqilliyimizə daimi və əbədi təminat yaratmışdır. Ulu öndər 10 ildir bizdən cismən ayrılsa da, onun qurub-yaratdığı dövlət yaşayır, dahi rəhbərin ideyaları həyata keçir, müstəqil Azərbaycanın şöhrəti ildən-ilə artır. Dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanda aparılan möhtəşəm quruculuq işləri, iqtisadiyyatda və siyasətdə dinamik inkişaf dahi şəxsiyyətin əvəzsiz davamçısı, parlaq istedad sahibi İlham Əliyevin səy və bacarığı sayəsində həyata keçirilir. Erməni qəsbkarları tərəfindən məcburi qaçqınlıq və köçkünlük həyatı yaşayan cəbrayıllılara ulu öndər daima qayğı göstərmiş, çadırları ləğv edib, bizim yeni tikilən abad qəsəbələrə köçürülməyimizə şərait yaratmışdır.
Dövlət başçımız cənab İlham Əliyev ulu öndərin vəsiyyətinə sadiq qalaraq bu gün yurd-yuvalarından didərgin düşmüş məcburi qaçqın və köçkünlərə əsl atalıq qayğısı göstərir, apardığı uğurlu siyasət sayəsində itirilmiş torpaqlarımızın geri qaytarılması üçün bütün imkanlardan bacarıqla istifadə edir. Şübhə yoxdur ki, çox keçməyəcək, biz öz əzəli və əbədi torpaqlarımıza qayıdacağıq.
Anım mərasimində rayon ağsaqqallarından Mustafa Məhərrəmov, Əli Hümmətəliyev, prezident təqaüdçüsü Kamilxan Rüstəmova öz çıxışlarında ulu öndərlə bağlı xatirələrini danışdılar, Cəbrayıl sakinlərinə göstərdiyi qayğı və diqqəti minnətdarlıqla yad etdilər. Rayon məscidinin axundu Yusif İsmayılov mərhumun müqəddəs ruhuna dualar oxudu.

Keçidlər