Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Azərbaycan xalqının milli qurtuluş günüdür

15 iyun 2021 | 16:00

    Bu gün - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.      Bütün bunlara görə də 1993-cü il 15 iyun müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
    1993-cü ilin ikinci yarısından sonra Azərbaycan böyük inkişaf yolu keçərək dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Bu gün əldə etdiyimiz uğurlara, dinamik inkişafa, dünya birliyinə sürətli inteqrasiyaya məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya əsasında nail olmuşuq. Bu illər ərzində ölkəmizin dünyada sayılıb-seçilən dövlətlər sırasına qoşulması bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.
   Ulu Öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Bütün sahələrdə islahatlar keçirildi və uğurlar çoxaldı. 1994-cü ildə neft müqavilələrinin bağlanması    Azərbaycanın öz təbii sərvətlərinə sahib olmasına imkan verdi. Bu da öz növbəsində, gələn gəlirlərlə ölkənin yenilənməsinə, vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxardı.
    Azərbaycanın siyasi tarixində xüsusi yeri olan Heydər Əliyev siyasəti bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir. Hər zaman ölkə başçımız cənab İlham Əliyev dövlətimizin müstəqilliyi, ərazi bütövlüyünün bərpası ilə bağlı düzgün siyasət yeritmişdir. Bunun nəticəsi olaraq 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Azərbaycan öz haqq səsini dünyaya çatdırdı, Ermənistanın işğalçı dövlət olduğunu hər kəsə bəyan etdi.
    İndi xalqımız 15 iyun - Azərbaycan xalqının milli qurtuluş gününü ikiqat bayram ovqatında, böyük Zəfər ruhu ilə qeyd edir. Otuz ildən sonra Qarabağda, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada  "Xarıbülbül" beynəlxalq musiqi festivalı keçirildi və doğma yurdumuzdan musiqi sədaları gəldi. İşğaldan azad olunmuş bütün torpaqlarımız yaxın gələcəkdə bu nəfəsi hiss edəcək, xalqımız əzəli yurd yerlərində əziz bayramlarını böyük təntənə ilə qeyd edəcək.
    Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirik.


 

Keçidlər