Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 23 yaşı olardı

14 iyun 2021 | 16:00

  İyun ayının 15-i ölkəmizin ərazi bütövlüyü uğrunda başlamış 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan olan Şahvediyev Böyükağa  Savalan oğlunun doğum günüdür. Əslən Cəbrayıl rayonunun Çaxırlı kəndindən olan Böyükağa 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub. 2004-cü ildə Biləsuvar rayonu, 5 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon 10 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər B.Şahvediyev  08 oktyabr 2020-ci il tarixdə Füzuli, Cəbrayıl rayonları istiqamətindəki döyüşlər zamanı böyük şücaət göstərərək qəhrəmancasına Şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şahvediyev Böyükağa  Savalan oğlu ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Keçidlər