Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə əlaqədar tədbir keçirilmişdir

21 noyabr 2013 | 16:00

20 noyabr 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə Cəbrayıl rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı və YAP fəallarının iştirakı ilə geniş tədbir keçirilmişdir.
Tədbirdən öncə rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, YAP Cəbrayıl rayon təşkilatının Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin 4 saylı qəsəbədə yerləşən “Heydər Park”ındaki abidəsini ziyarət etdərək, gül-çiçək dəstələri qoydular.
Sonra tədbirin rəsmi hissəsi 4 saylı qəsəbədə davam etdirildi. Tədbiri giriş sözü ilə açan  YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyası haqqında geniş məlumat verdi. Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev YAP-ın keçidiyi şərəfli yoldan bəhs edən geniş məruzə ilə çıxış etdi.
Yığıncaqda YAP rayon təşkilatının Şura üzvü, 2 saylı qəsəbə ərazi ilk partiya təşkilatının sədri, əməkdar müəllim Rəhim Rəhimov, Prezident təqaüdçüsü, Əmək veteranı Kamılxan Rüstəmova, rayon ağsaqqalı Mustafa Məhərrəmov, YAP rayon təşkilatının Şura üzvü, Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev, məktəb direktoru Şamı Şamıyev, YAP təəssübkeşi Bayram Təhməzov çıxış edərək Yeni Azərbaycan Partiyası haqqında öz ürək sözlərini bildirdilər. Çıxış edənlər YAP-ın memarı Ulu Öndər Heydər Əliyevə allahdan rəhmət dilədilər, Yap sədri Prezident cənab İlham Əliyevə can sağlığı, gələcək işlərində uğurlar arzuladılar.

Keçidlər