Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb

24 may 2021 | 16:00

    Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilən profilaktik tədbirlər Cəbrayıl rayonundada uğurla davam etdirilir.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, vaksinasiya kampaniyasında rayon sakinləri aktiv iştirak edir, koronavirus pandemiyasının tezliklə başa çatması üçün birlik nümayiş etdirirlər.
     Hazırda Cəbrayıl rayonunda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.   24 may 2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələr və Cocuq Mərcanlı kəndi üzrə vətəndaşlara ümumilikdə 6043 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə peyvənd olunanların sayı 3444, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2599 nəfərdir.
      Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Elə Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Keçidlər