Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 20 yaşı olardı

20 may 2021 | 16:00

     May ayının 21-də 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan olan İsmayılov  Emin  Tahir  oğlunun doğum günüdür.  Əslən Cəbrayıl rayonundan olan Emin İsmayılov 21  may  2001-ci  ildə  Bakı  şəhəri, Nəsimi rayonunda  anadan  olub. 2007-ci ildə Nərimanov  rayon 54 saylı tam orta məktəbin 1-ci sinfinə  getmiş, 2016-cı ildə həmin məktəbin IX sinfini bitirərək ümumi orta təhsil almışdır. Peşəkar idmanla məşğul idi. 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda hərbi xidmətdə olduğu vaxtda Vətən  müharibəsi başlanmış, Emin torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatında  hərbi  qulluq  vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərərək 06 oktyabr 2020-ci il  tarixdə  Ağdərə istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına  şəhid  olmuşdur. 2-ci Fəxri xiyabanda  dəfn  edilib. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  İsmayılov  Emin  Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik!  Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

 

Keçidlər